“Azərbaycan Hava Yolları”nın Bakı-Dubay-Bakı aşağı büdcəli marşrutu üzrə biletlərin satışı başlayıb

11 sentyabr 2015, Bakı -“Azərbaycan Hava Yolları” (AZAL) 2015-ci il oktyabrın 25-dən etibarən Bakı-Dubay-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır. AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanılıb.

Uçuşlar "Embraer 190" təyyarəsi ilə hər gün həyata keçiriləcək.

Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş olunması nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (5 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.

Reys Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 17:30-da çıxacaq, yerli vaxtla saat 20:25-də məşhur Cəbəl-Əli kurortunda yerləşən Al-Maktum hava limanına çatacaq.

Əks istiqamətdə reys Dubaydan saat 21:25-də çıxacaq, yerli vaxtla saat 00:25-də Bakıya çatacaq.

Yeni reysin açılması BƏƏ-nin məşhur kurort şəhəri ilə Azərbaycanın paytaxtını əlaqələndirməyə imkan yaradacaq.

Kurort haqqında məlumat: Cəbəl-Əli – BƏƏ-nin Dubay Əmirliyinin ərazisində yerləşən dünyanın ən böyük süni dərin limanıdır. Burada böyük ərazini dəbdəbəli yaşıl sahələrə malik Jebel Ali Golf Resort and Spa 5* çimərlik kurortu tutur. Kurortda qolf klubu, yaxta klubu və atla gəzinti üçün sahələr var. Yaxınlıqda atıcılıq klubu və həvəskar kartinq var. Kurorta yaxın alış-veriş mərkəzi - İbn Battuta avtomobillə 20 dəqiqəlik uzaqlıqda yerləşir. Kurort yaxınlığında Cəbəl-Əli çimərlik xəttindən süni Palma Cəbəl Əli adası uzanır. Həmçinin dünyanın ən böyük Azad İqtisadi Zonası da Cəbəl-Əlidə yerləşir.

 

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən taninmış konsaltinq şirkəti "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı inqilabi müasirləşdirilməsi nəticəsində postsovet məkanında və Şərqi Avropa ölkələrində bir nömrəli oldu.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Mar 2019

Aprelin 7-dən etibarən AZAL-ın İstanbul istiqamətində olan bütün reysləri yeni hava limanına həyata keçiriləcək

Ətraflı
13 Mar 2019

World ATM Congress 2019 çərçivəsində AZANS və EUROCONTROL arasında görüş keçirildi

Ətraflı
12 Mar 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin təşkili üzrə yeni texnologiyalar tətbiq ediləcək

Ətraflı
12 Mar 2019

Cahangir Əsgərov: Boeing 737 MAX-8 təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır

Ətraflı
19 Fev 2019

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir

Ətraflı
30 Yan 2019

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Ətraflı