“Azərbaycan Hava Yolları” tələbələr üçün endirim elan edir

12 noyabr 2015, Bakı - “Azərbaycan Hava Yolları” (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10 faiz endirim elan edir.

Bu endirim 25 yaşa kimi olan tələbələr üçün “Azərbaycan Hava Yolları”-nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir. Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin  satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.

Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq etmişdir.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar: http://www.azal.az/az/azal-miles).

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:  

+(99412) 598-88-80

*8880

e-mail:   callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı
25 Noy 2019

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilmişdir

Ətraflı
21 Noy 2019

“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atmışdır

Ətraflı
12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.