Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni Hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı olmuşdur

2015-ci il dekabrın 9-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müasir tipli ikinci Hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı olmuşdur.

Radiolokator ilə təchiz olunmuş yeni Hava hərəkətinin idarəedilməsi qülləsi hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarəedilməsi sahəsində bütün müasir tələblərə cavab verir.  Hava hərəkətinin idarəedilməsi qülləsi təyyarələrin hava limanına yanaşması zamanı və Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verəcək. 

Yeni Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM970S radiolokatorunun təchizatı THALES şirkəti tərəfindən həyata keçirilmişdir.

Hava hərəkətinin idarəedilməsi qülləsinin açılış mərasimində Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez (Aurelia Bouchez), Thales Eurasia şirkətinin Vitse-prezidenti Roje De (Roger Daix) və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Birinci vitse-prezidenti Sabir İlyasov iştirak etmişlər.

Sabir İlyasovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan aviasiyasının inkişafına diqqət və qayğısı sayəsində AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan Respublikasının hava məkanında bir çox uğurlu layihələr həyata keçirmişdir.

"İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur", - deyə Sabir İlyasov bildirib. 

Azərbaycanın aeronaviqasiya sistemi əsas hava daşıyıcılarının diqqətini cəlb etmişdir. Bu gün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşlara və hava limanlarında təxminən 40 min uçuşlara aeronaviqasiya xidməti göstərir", - deyə Sabir İlyasov bildirib.

tower.jpg
 

Son xəbərlər

03 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək beynəlxalq aviasiya təhlükəsizlik standartlarına cavab verir

Ətraflı
27 Dek 2019

“AZAL” prezidenti və İordaniya səfiri yeni reysin açılmasını müzakirə etdilər

Ətraflı
27 Dek 2019

AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

Ətraflı
17 Dek 2019

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

Ətraflı
16 Dek 2019

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək

Ətraflı
06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.