Heydər Əliyev Hava Limanında qeyri-adi fleşmob keçirilmişdir (VİDEO)

18 dekabr 2015, Bakı – Dekabrın 17-də Heydər Əliyev Beynəlxalq Hava Limanında gözlənilməz musiqili fleşmob keçirilmişdir.

Şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edənBülbül adına  musiqi məktəbinin kiçik simfonik orkestriqarşılamışdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fleşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlamışdır. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlamışdırlar.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr ikinci mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa etmiş və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir. 

Son xəbərlər

19 Okt 2018

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

Ətraflı
19 Okt 2018

AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalamışdırlar

Ətraflı
11 Okt 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində təxminən 3,5 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
10 Okt 2018

Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilmişdir

Ətraflı
09 Okt 2018

AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər

Ətraflı
27 Sen 2018

AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır

Ətraflı