“Azərbaycan Hava Yolları” aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

23 dekabr 2015, Bakı - Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırmışdır. 

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınmışdır.

Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti 

Son xəbərlər

19 Okt 2018

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

Ətraflı
19 Okt 2018

AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalamışdırlar

Ətraflı
11 Okt 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində təxminən 3,5 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
10 Okt 2018

Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilmişdir

Ətraflı
09 Okt 2018

AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər

Ətraflı
27 Sen 2018

AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır

Ətraflı