AZAL Bakı-Berlin-Bakı reysini bərpa edir

25 dekabr 2015, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) 27 mart 2016-ci il tarixindən etibarən Bakıdan Berlinə müntəzəm reyslərin bərpa ediləcəyini elan edir.

Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 08:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 18:25-də.

"Azərbaycan Hava Yolları"-nın reysi Berlin hava limanının daha yüksək səviyyəli xidmət, digər beynəlxalq istiqamətlər üzrə hava limanında əlverişli tranzit müddəti və müasir biznes zalı (business lounge) ilə fərqlənən əsas terminalı olan “A” terminalına gəlir.

Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır.

Berlin Almaniyanın ən dinamik inkişaf edən turizm mərkəzlərindən biridir və yüksək həyat tempi olan böyük Avropa meqapolisidir. Almaniyanın paytaxtı hər il təxminən 10 milyon qonaq qəbul edir.

Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles ).

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:  

(+99412) 598-88-80

*8880

e-mail:     callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

27 Dek 2019

“AZAL” prezidenti və İordaniya səfiri yeni reysin açılmasını müzakirə etdilər

Ətraflı
27 Dek 2019

AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

Ətraflı
17 Dek 2019

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

Ətraflı
16 Dek 2019

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək

Ətraflı
06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.