AZAL büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətlərini elan edir

15 yanvar 2016, Bakı - "Azərbaycan Hava Yolları" (AZAL) Azərbaycanın hava limanlarından olan uçuşlarda büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətlərini elan edir.

Əvvəlcədən elan olunduğu kimi, yeni konsepsiya çərçivəsində 2016-cı il fevralın 1-dən etibarən "Azərbaycan Hava Yolları"-nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası  - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.

                                                                                                        

"Budget"* tarifi üzrə istiqamətlərin qiymətləri (avro ilə)

 

İstiqamət (hava limanı)

 

Bir tərəfə 

(uçuş Bakıdan olmaqla)

 

Hər iki tərəfə

(uçuş Bakıdan olmaqla)

Tbilisi

69

99

Tehran

79

99

Aktau

79

99

Mineralnıye Vodı

79

99

Moskva ("Vnukovo")

89

129

Moskva ("Domodedovo")

89

129

İstanbul ("Sabiha Gökçen")

89

139

Alanya

89

139

İstanbul ("Atatürk")

99

139

Antalya

99

139

Dubay

99

139

Kazan

99

129

Ankara

109

149

Kiyev

109

149

Minsk

119

149

Sankt-Peterburq

129

199

Lvov

139

199

 

bu tarif üzrə yyarədə yerlərin sayı məhduddur

 

“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.

 

Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.

 

Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq.  “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.

 

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.

 

Ölkə qanunvericiliyinə əsasən bütün hesablaşmalar ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla həyata keçirilir.

 

Onu da qeyd edək ki, ölkə daxilində hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri dəyişməz qalmışdır   - Bakı-Naxçıvan reysinin qiyməti 50 manat, Bakı-Gəncə reysinin qiyməti - 30 manatdan başlayaraq.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

09 Avq 2019

İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilmişdir

Ətraflı
02 Avq 2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov Naxçıvan Hava Limanında ikinci uçuş-enmə zolağının tikintisinin gedişi ilə tanış olmuşlar

Ətraflı
09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
03 İyl 2019

AZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir

Ətraflı
20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı