“Azərbaycan Hava Yolları” QSC-nin tarixi

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-ci ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşımışdır.

Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının -  Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür.

AZAL 23 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. 

AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.

 

Aviaşirkətin və "Azərbaycan Hava Yolları" QSC-nin tarixi

1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra Respublika hökumətinin qərarı ilə Azərbaycanda aviasiya üzrə dövlət orqanı - "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır.

1996-ci ildə "Azərbaycan Hava Yolları" konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır.

1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.

1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılmışdır.

2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757-200 model təyyarələr almışdır.

2004-cü ildə Prezident İlham Əliyevin qərarı ilə "Binə" Hava Limanı "Heydər Əliyev Beynəlxalq Hava Limanı" adlandırılmışdır.

2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu almışdır.

2005-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.

2006-ci ildə Gəncə Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur.

2008-ci ilin aprelində Azərbaycan Prezidentinin sərəncamı ilə "AZAL" dövlət konserni yenidən formalaşdırılaraq "Azərbaycan Hava Yolları" QSC adlandırılmışdır.

2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status almışdır.

2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı vermişdir.

2011-ci ildə "Azərbaycan Hava Yolları" "Boeing 767-300ER" tipli təyyarələri almışdır.

2012-ci ildə Qəbələdə beynəlxalq hava limanı tikilmişdir.

2013-ci ildə "Azərbaycan Hava Yolları" Airbus A340-500 uzaq magistrallı sərnişin təyyarələri almışdır.

2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılmışdır.

2014-cü ildə Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" hava gəmiləri parkına müasir Boeing 787-8 Dreamliner təyyarələrini əlavə etmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 reaktiv təyyarələri almışdır.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır.

2015-ci ildə Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısına və Heydər Əliyev Beynəlxalq Hava Limanına nüfuzlu "4 ulduz" reytinqi vermişdir.

2016-ci ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə “Open Skies” sazişi imzalamışdır.

2016-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur. Hava limanında ilk dəfə teleskopik traplar qurulmuşdur.

2016-ci ildə AZAL QSC-nin tərkibində Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - Buta Airways yaradılmışdır.

2017-ci ildə “Skytrax” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanını Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı adlandırmışdır.

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.