Azərbaycanın hava limanları

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən altı beynəlxalq hava limanından biridir. Əvvəllər o, Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq “Binə Beynəlxalq Hava Limanı” adını daşıyırdı. 10 mart 2004-cü il tarixində adı dəyişdirilərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmışdır. Hava limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir. “Azərbaycan Hava Yolları” milli bayraq daşıyıcısının qeydiyyat limanıdır. Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Üstəlik, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar vardır. Plastik kartlarla ödənişlər qəbul olunur, və həmçinin nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avro və rus rublu ilə həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Hava Liman beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanına çevrilmişdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının sxemi:


Sxem
 

Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi internet saytı: http://www.airport.az

Ölkə

Azərbaycan

Növü:

Mülki

ICAO kodu:

UBBB

IATA kodu:

GYD

Hündürlük:

+3 m

Koordinatlar:

40°27′46″ N
50.049722° E

Yerli vaxt:

UTC +4/+5

İş müddəti:

24 saat

Operator:

Azərbaycan Respublikası höküməti

 

Uçuş enmə zolağı

İstiqamət

Ölçüləri

Örtük

34/16

4000х60 m

Beton-asfalt

35/17

3200x45 m

Beton-asfalt


Naxçıvan

Naxçıvan Hava Limanı Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Şəhər mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır.

Uçuş enmə zolağı

Naxçıvan Hava Limanı 1970-ci illərdə tikilmiş və 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və s.) qəbul etmişdir. Əvvəllər buradan Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava Limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdur. Bu səbəbdən, 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentin) sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü. Bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş enmə zolağının uzadılması nəticəsində hava limanı Tu-134 tipli təyyarələri qəbul etmək imkanı əldə etdi. 
2002 - 2004-cü illər ərzində yeni təyyarə vağzalı tikildi, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı beynəlxalq hava limanı statusunu qazandı.

“Beynəlxalq Naxçıvan Hava Limanı” kompleksinin sxemi.

 

Ölkə

Azərbaycan

Region:

Naxçıvan Muxtar Respublikası

Növü:

Mülki

ICAO kodu:

UBBN

IATA kodu:

NAJ

Olduğu yer:

Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr cənub-şərqdə

Hündürlük:

+873 m

Koordinatlar:

39°11′19″ N 45°27′30″ E
39.188611° N 45.458333° E

Yerli vaxt:

UTC +4/+5

 

Uçuş enmə zolağı

İstiqamət

Ölçüləri

Örtük

14л/32п

3300 m

Asfalt-beton

14п/32л

3300 m

Beton


Gəncə

Gəncə Beynəlxalq Hava Limanı 2006-cı ildə Azərbaycanın eyni adlı şəhərində tikilmişdir. Həmin ildə beynəlxalq hava limanı statusunu qazanmışdır.

“Gəncə Hava Limanı” kompleksinin sxemi.

 

Ölkə

Azərbaycan

Region:

Gəncə

Növü:

Mülki

ICAO kodu:

UBBG

IATA kodu:

KVD

Hündürlük:

+330 m

Koordinatlar:

40°44′16″ N 46°19′03″ E
40.737778° N 46.3175° E

Yerli vaxt:

UTC +4/+5

 

Uçuş enmə zolağı

İstiqamət

Ölçüləri

Örtük

12R/30L

2500x44 м

Beton

12L/30R

3300x45 м

Dəmir-beton

 


Lənkəran

Lənkəran Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır, və həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır.

“Lənkəran Hava Limanı” kompleksinin sxemi.

 

Ölkə

Azərbaycan

Region:

Lənkəran

Növü:

Müştərək bazalı

ICAO kodu:

UBBL

Hündürlük:

0 m

Koordinatlar:

38°45′15″ N 48°48′34″ E
38.754167° N 48.809444° E

Yerli vaxt:

UTC +4/+5

Operator:

Azərbaycan Respublikası höküməti

 

Uçuş enmə zolağı

İstiqamət

Ölçüləri

Örtük

15/33

3300 m

Asfalt


Zaqatala

Zaqatala Hava Limanı Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir. Təyyarə vağzalı kompleksinin və uçuş enmə zolağının yenidən qurulması 2008-ci ildə başa çatmışdır və bundan sonra hava limanına beynəlxalq status verilmişdir.

“Zaqatala Hava Limanı” kompleksinin sxemi.

Ölkə

Azərbaycan

Region:

Zaqatala

Növü:

Mülki

ICAO kodu:

UBBY

IATA kodu:

ZTU

Hündürlük:

+390 m

Koordinatlar:

41°33′45″ N 46°40′00″ E
41.5625° N 46.666667° E

Yerli vaxt:

UTC +4/+5

 

Uçuş enmə zolağı

İstiqamət

Ölçüləri

Örtük

15/33

2200 m

Asfalt


Qəbələ

Qəbələ Hava Limanı Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ şəhərinin beynəlxalq hava limanıdır. Qəbələ Hava Limanın qurulmasına 2011-ci ilin yanvar ayında başlanmışdır və 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Qəbələ Aeroportu açılmışdır. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. 

“Qəbələ Hava Limanı” kompleksinin sxemi:

Ölkə

Azərbaycan

Növü:

Mülki

ICAO kodu:

UBBQ

IATA kodu:

GBB

Hündürlük:

+338 m

Koordinatlar:

40° 48 31.5 N

47° 43 30.7 E

Yerli vaxt:

UTC +4/+5

Operator:

Azərbaycan Respublikası höküməti

 

Uçuş enmə zolağı

İstiqamət

Ölçüləri

Örtük

16/34 CAT II

3600 m

Asfalt