Airbus A340-500

İstehsalçı: Airbus SAS.


Airbus A340 (Rus. Eyrbas və ya Erbyus A340) — Airbus SAS dört motorlu,uzaq magistrallı, turboreaktiv və enli fuzelyajlı sərnişin təyyarəsi olaraq hazırlanmışdır. 2010-cu il, Sentyabr ayının sonunda, bu tipli 374 təyyarə təslim edilmişdir.


Airbus A340 təyyarəsinin təkmilləşdirilmə proqramı rəsmi olaraq 1987-ci ilin iyun ayında başlamışdır.


A340-500 dünyada ən uzaq magistrallı sərnişin təyyarələrindən biri kimi təqdim edilmişdir. A340-500 təyyarəsinin ilk uçuşu 03 dekabr 2002 ci ildə sertifikatlaşdırılmaqla 11 fevral tarixində baş vermişdir. A340-500 təyyarəsi 313 sərnişin daşınması gücünə malik olmaqla 16 000 km məsafəni qətt edə bilir.


A340-300 ilə müqayisədə A340-500 –nın füzelyajı 3,3 metrə qədər uzadılmışdır, qanadın və horizontal lələklənmənin sahəsi artırılmışdır, bir yarım dəfə yanacaq ehtiyyatı və kreyser sürəti artırılmışdır və Kilin sahəsi azaldılmışdır. A340-500 –də hətta sükanının idarə edilməsində pilotun işini yüngülləşdirən videokameralar quraaşdırılmışdır.

Texniki məlumat

Uçuş heyəti  2-4 nəfər
Bort bələdçilər 8-13 nəfər
Sərnişin tutumu 237 sərnişin
Uçub qalxma zamanı maksimal kütlə 380 000 kq
Uçuş məsafəsi 16 670 km
Kreyser sürəti 885 km/saat
Maksimum xidməti yüksəklik 12 500 m
Uzunluğu 67.87 m
Qanadların kənar nöqtələri arasındakı məsafə 63.45 m
Hündürlüyü 17.29 m

 

Oturacaqların yerləşməsi

Airbus A340-500 salonun quruluşu

Fotoqalereya